Yekaterinburqdakı "Baden-Baden" termal kompleksində 31 nəfər xlordan zəhərlənib.
"Unikal" xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi bildirib. Həkimlər onlardan 13-nün vəziyyətini yüngül, bir xəstənin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Daha 12 nəfər ambulator müalicəyə buraxılıb.
"Baden-Baden" kompleksinin işçiləri gözlərin yaşlanması, təngnəfəslik və ürək bulanması səbəbindən həkimə müraciət ediblər. İlkin məlumata görə, bu əlamətlər xlordan zəhərlənmə nəticəsində yaranır. Faktla bağlı araşdırmalara başlanılıb