RU

İsrail Qəzzanı vurdu – Su növbəsində dayanan uşaqlar həlak oldu (VİDEO 18+)

KONKRET.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzində, Nuseyrat bölgəsində həyata keçirdiyi hava zərbəsi faciə ilə nəticələnib. Raket su paylama məntəqəsinin yaxınlığında partlayıb, nəticədə azı 10 fələstinli həlak olub, onların 6-sı uşaqdır.

İsrail ordusunun (Tzahal) yaydığı məlumata görə, zərbə bölgədə olduğu iddia edilən “İslam Cihadı” qruplaşmasının üzvünə qarşı yönəlib. Lakin texniki nasazlıq səbəbindən raket hədəfdən onlarla metr aralıya düşüb.

Tzahal hadisə ilə bağlı təhqiqat aparıldığını bildirib və açıqlamasında deyilir:

“Günahsız mülki vətəndaşların həlak olmasına görə dərin təəssüf hissi keçiririk.”

Ordu həmçinin bölgədə baş verən itkilərlə bağlı xəbərləri izlədiklərini və mülki əhali arasında tələfatların qarşısını almaq üçün maksimum səy göstərdiklərini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Избранный
23
konkret.az

1Источники