RU

Rusiyada azərbaycanlı iş adamlarına qarşı daha bir həbslər dalğası: Dörd nəfər saxlanıldı (FOTO)

Rusiyada azərbaycanlı diaspor nümayəndələri və biznesmenlərə qarşı təzyiqlər davam edir. KONKRET.az xəbər verir ki,

KONKRET.az xəbər verir ki, Bu dəfə Leninqrad vilayətində azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Arastun Talıbov polis rəsmilərinə rüşvət verməkdə ittiham olunaraq həbs olunublar.

İstintaqın məlumatına görə, Rusiya İstintaq Komitəsi saxlanılan şəxsləri qeyri-qanuni sahibkarlıq fəaliyyətinə göz yuman yerli polis rəhbərliyinə ümumilikdə 3,7 milyon rubl məbləğində rüşvət verməkdə ittiham edir.

Hadisələr FSB tərəfindən 128-ci polis şöbəsinin rəhbəri, polkovnik-leytenant Sergey Korotkovun saxlanması ilə başlayıb. Daha sonra 87-ci və 97-ci polis bölmələrinin rəhbərləri Romen KamerzanovAleksey Peremibeda da rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

İttihama əsasən, azərbaycanlı iş adamları qaçaqmalçılıq yolu ilə gətirilən alkoqol və tütün məhsullarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadədə şübhəli bilinir.

Həbsdə olan Asif Allahverdiyev məhkəmədə öz günahsızlığını bəyan edərək bildirib:

“Ümumiyyətlə başa düşmürəm, mən buraya necə düşdüm. Nə baş verdiyini də anlaya bilmirəm.”

Onun sözlərinə görə, yalnız Orucov ilə tanışdır və o da onun biznes tərəfdaşıdır.

Mütəxəssislər bu həbsləri Rusiya ilə Azərbaycan arasında son dövrlər müşahidə olunan gərgin fonun tərkib hissəsi kimi qiymətləndirir və Azərbaycan diasporasına qarşı sistemli təzyiq kampaniyasının bir hissəsi ola biləcəyini istisna etmirlər.

Natiq Səlim,
KONKRET.az

Спросить ChatGPT
Избранный
23
konkret.az

1Источники