Böyük Britaniyanın Esseks qraflığının Sautend hava limanında kiçik təyyarə qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, qəza Hollandiyaya uçan "Beechcraft King Air B200" təyyarəsi ilə baş verib. Uçuşdan dərhal sonra qəzaya uğrayıb.
Hadisə yerindən internetdə uçuş-enmə zolağından səmaya qalxan qara tüstü buludunun əks olunduğu görüntülər yayılıb.
"Beechcraft King Air B200 təyyarəsi" 7-9 sərnişini qəbul edə bilir. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu və onlardan neçəsinin sağ qaldığı açıqlanmır.
Esseksdə yerləşən Sautenddən bütün uçuşlar ləğv edilib.