RU

Növbəti köç karvanı Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb - FOTO

İyulun 14-də növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

APA xəbər verir ki, bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb.

Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.

Beləliklə, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.

Xocalıya yola düşən keçmiş məcburi köçkün Elbrus Abbasov doğma kəndinə qayıtmağın verdiyi gözəl duyğulardan danışıb:

"5 yaşımda çıxmışdım. İndi 39 yaşımda öz doğma yurdum Xanyurdu kəndinə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onlarım sayəsində bu günü yaşayırıq. Planlarımız çoxdur", - Abasov qeyd edib.

Digər keçmiş məcburi köçkün Aqil İmanov da yaxın günlərdə doğma yurduna qayıtmağı planlaşdırır:

"Allah şəhidlərimizə rəhmət eləsin. Çox şükür bugünkü günə. Cənab Prezidentimizi Allah var eləsin. Onun sayəsində bu gün Xocalımıza qayıdırıq. Dayım oğluna köməyə gəlmişəm, tezliklə mən də köçəcəm", - Aqil İmanov vurğulayıb.

Keçmiş Keçmiş
Избранный
29
5
apa.az

10Источники