RU

"Bitcoin"in qiyməti 122 min dollara yaxınlaşıb - Yeni tarixi rekord

İyul ayının 14-də kriptovalyuta birjalarında "Bitcoin" tarixi rekordunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası birjalarda 121 977 dollara qədər yüksəlib, “CoinMarketCap” platformasında isə son sutkada 3,25% bahalaşaraq 121 681 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində paralel artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2,96% artaraq 3044 ABŞ dollarına bərabər olub. İlk üçlükdə olan XRP son sutkada 5,78% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu iyul ayının 11-dən etibarən yenidən yüksək artım dinamikası göstərməyə başlayıb. Analitiklər hesab edirlər ki, yüksək artım dinamikasına səbəb ABŞ və Asiyada spot ETF-lərə (bir neçə aktivin -səhmlər, istiqrazlar, kriptovalyutalar və s. toplandığı “səbət”) artan institusional maraq, ABŞ-da kriptovalyutalara dəstək verən qanunverici təşəbbüslər, inflyasiyanın nəzarətdə saxlanılması fonunda riskli aktivlərə yönələn sərmayələr və qısa mövqelərin bağlanması nəticəsində yaranan texniki alışlardır. Bu amillər birgə şəkildə bazarda güclü yüksəliş dalğası yaradıb.

Избранный
21
1
apa.az

2Источники