RU

Salyanda 3 nəfərin su kollektorunda boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Salyanda 3 nəfərin ölməsi ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, Qəfərov Sərraf Abasağa oğlu idarə etdiyi “QAZ-31105” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsi yolun sol kənarında yerləşən şorsu kollektoruna aşıb.

Nəticədə sürücü S.Qəfərov, həmçinin avtomobildə olan sərnişinlər –Dəmirov Camal Mürşüd oğlu və Həsənov Ramiq Vahid oğlu hadisə yerində suda boğularaq ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Избранный
31
15
olke.az

10Источники