RU

“Bitcoin”in qiyməti rekord həddə çatdı

Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti 121 014 dollar yüksəlib ki, bu da 2,82 faiz artım deməkdir.  Bu barədə “Binance” platformasında qeyd olunub.

ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.

Bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.

Aytac

Избранный
64
2
anews.az

10Источники