RU

Şiddətli istilər təhlükəlidir: Nə etməli?

Yay mövsümünün gətirdiyi yüksək temperatur bir çox insan üçün xoş olsa da, sağlamlıq baxımından ciddi risklər yarada bilər. Sıx istilər xüsusilə körpələr, yaşlılar və xroniki xəstəliyi olanlar üçün təhlükəlidir.


İstinin bədənə təsiri nələrdir?


Havanın 40°C-i keçdiyi vəziyyətlərdə bədən öz temperaturunu tənzimləməkdə çətinlik çəkə bilər. Bu, susuzlaşma, başgicəllənmə, ürəkbulanma və hətta huş itkisinə səbəb ola bilər. Hədsiz istilər zamanı bədəndə isti səpkilər, əzələ qıcolmaları, halsızlıq və istilik vurması kimi hallar baş verə bilər.


İstinin zərərləri nələrdir?


Susuzluq və halsızlıq

Günvurma və gün yanığı

Qan təzyiqi və ürək-damar xəstəliklərinin pisləşməsi

Ayaq və topuq nahiyələrində ödəm

Şüurun bulanması və huşsuzluq


İsti havalarda necə davranmalı?


Günorta saatlarında (11:00–15:00) evdə qalın

Bol su için, sərin duş qəbul edin

Yüngül və açıq rəngli geyimlər seçin

Günəşdən qorunmaq üçün papaq, gün eynəyi və gün kremi istifadə edin

Evinizi günəşdən qorumaq üçün pəncərələrə jalüz və ya pərdələr çəkin


İstilik vurması halında nə edilməlidir?


Zərər çəkən şəxsi kölgəyə aparın, boyun, qoltuq altı və qasıq nahiyəsinə soyuq kompres tətbiq edin, susuz deyilsə duzlu ayran verin və mümkün olduqda ilıq su ilə yuyundurun.


Kimlər daha çox risk altındadır?


Körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar isti havalarda xüsusi ehtiyatlı olmalıdır.


Uşaqları isti havalardan necə qorumalı?


Onları tez-tez su içməyə təşviq edin

Günəşin zəif olduğu vaxtlarda çölə çıxarın

Yüngül geyindirin və mütləq günəşdən qoruyucu vasitələr istifadə edin


Qeyd: İsti havalarda sağlam qalmaq üçün sadə, amma təsirli tədbirlər həyati əhəmiyyət daşıyır.


Əminə Bayramova 

Tarix: 14 İyul 2025, 10:45   
Избранный
16
3
pravda.az

4Источники