RU

14-18 iyulda bu ərazilərdə QAZ KƏSİLƏCƏK

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" və "Qazax-Saquramo" yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı" və "Yuxarı Salahlı" ölçü qovşaqlarından, 15-17 iyulda isə "Ağasıbəyli" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır.

Избранный
6
44
far.az

10Источники