RU

“Turan Tovuz”un yoxlama oyunlarındakı daha bir rəqibi məlum olub

Bakı, 14 iyul, AZƏRTAC

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Tovuz təmsilçisi iyulun 19-da Türkiyə I Liqasında mübarizə aparan “Çorum” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev hazırda “Çorum”da çıxış edir.

Избранный
42
3
azertag.az

4Источники