RU

Qərb Ermənistanı toqquşma meydanına çevirir

Avropa Birliyi Ermənistanda müşahidəçilərinin sayını71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsədAzərbaycanla sərhəddə sabitliyi qorumaqdır.

Azərbaycanın Ermənistana qarşı hər hansı formada ərazi iddialarıyoxdur və olmayıb. Ötən əsrin müxtəlif dövrlərində evlərindən, yurdyerlərindən qovulan və sürgün edilən soydaşlarımızın QərbiZəngəzura qayıdışı sərhədlərin dəyişdirilməsi cəhdi yox, ədalətinbərpası, beynəlxalq hüququn prinsiplərinə uyğun davranışdır. Bakıbunu istəyir, İrəvandan bunu tələb edir.

Ermənistanın siyasi elitaları və baş nazir Nikol Paşinyanınadministrasiyası "Azərbaycandan gələn ekzistensial təhlükə"mövzusunu daim gündəmdə saxlamağa, bununla da konkret məqsədlərinireallaşdırmağa çalışırlar.

Zəngəzurla bağlı İrəvanın bəyanatları və açıqlamaları məntiqi,habelə faktoloji əsaslardan bilmərrə məhrumdur.

Səbəblər bəllidir: 2020-ci ilin noyabrın 10-da Azərbaycan,Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəflibəyanatda sözügedən məsələ yer almışdı. Konkret olaraq Azərbaycanınqərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat dəhlizininyaradılması, həmin dəhlizin Zəngəzurdan keçməsi nəzərdətutulurdu.

Ermənistan üç il bu şərtə əməl etmədi və indi də etmir. Paşinyanvə onun komandasındakı funksionerlər Zəngəzur dəhlizininekstraterritoriallıq prinsipi ilə fəaliyyət göstərəcəyinivurğulayaraq, həmin dəhlizlə hərəkət edəcək yüklərlə şəxslərin məhzErmənistanın müvafiq qurumları tərəfindən yoxlanmasını, təftişinivə buraxılmasını tələb edirlər.

Üçtərəfli bəyanatda bu funksiyaların Rusiyanın FederalTəhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları və sərhədçiləritərəfindən reallaşdırılması nəzərdə tutulurdu.

Nikol Paşinyanın da ritorikası budur ki, Zəngəzur dəhlizinəermənilərin nəzarət etməməsi prinsipi Ermənistanın suverenlik vəmüstəqillik prinsipləri ilə qanunvericiliyinə ziddir.

İrəvanın isterika və destruktiv mövqe tutması səbəbindən rəsmiBakı layihəni alternativ, İran ərazisindən keçəcək marşrutla həyatakeçirməyə qərar verib.

Bakı ilə Tehran arasında bununla bağlı anlaşma əldə olunub,memorandum da imzalanıb.

Belə qərarın səbəblərindən biri də məhz "Azərbaycan Ermənistanahücum edəcək, Zəngəzur dəhlizi layihəsi bəhanədir" idefiksinigündəmdən çıxarmaq üçün Şərqi Zəngəzur dəhlizi layihəsiniseçdi.

Amma saddalanan məqamlara rəğmən İrəvanın dezinformasiyalaraəsaslanan isterik bəyanatlarını və tamamilə saxta açıqlamalarınıdəstəkləyən Avropa İttifaqı Ermənistandakı müşahidə-monitorinqmissiyasını (EUMM) genişləndirmək qərarına gəlib.

Səbəb dəyişməyib - "Azərbaycandan gələ biləcək potensialtəhlükə".

Halbuki vəsilələr və mahiyyət tam fərqlidir.

Fransanın təşəbbüsü və tələbi ilə Ermənistanda EUMM missiyasınıngücləndirilməsi prosesinin arxasında Rusiyanı əvvəlcəErmənistandan, sonra isə ümumiyyətlə, Cənubi Qafqaz regionundansıxışdırıb çıxarmaq planları durur.

ABŞ, Fransa və Avropa İttifaqının regionla bağlı geostratejiplanları ilə geosiyasi məqsədləri fərqli olsa da, Rusiya ilə bağlımüstəvidə onların fikirləri və niyyətləri eynidir.

Kollektiv Qərbin məhz Parisin aqressiv siyasəti əsasındayürütdüyü siyasət "sülhməramlı" kimi qələmə verilsə də, əslindəaşkar neokolonializm və ekspansionizmdir.

Ermənistanda mövqelərini möhkəmlətmək və bu minvalla CənubiQafqazdakı proseslərə təsir imkanları əldə etməyə çalışan Qərb çoxtəhlükəli, ciddi fəsadlara səbəb ola biləcək taktikanı tətbiq edir.Azərbaycanın "potensial təhlükə mənbəyi" kimi sərsəm və idiotiktərzdə vurğulanması olduqca riskli seçimdir.

Ermənistannda Rusiyanın mövqelərini yaxın gələcəkdə ələkeçirməyə can atan Avropa İttifaqı ilkin mərhələ qismində EUMM-ugücləndirməklə effektiv qərar qəbul etdiyini düşünür. Rusiyanın buqərarı qıcıq və qəzəblə qarşılaması elə Ermənistanın özündəvəziyyəti gərginləşdirəcək.

Parisin təhriki ilə EUMM heyətini artıran Avropa İttifaqı həttastruktura üzv olmayan Kanadanı da prosesə cəlb edib. Belə ki, EUMMsıralarında iki kanadalı "müşahidəçi" də yer alacaq.

"Müşahidə-monitorinq missiyası" adı ilə Ermənistandafəaliyyətini aktivləşdirməyə çalışan Qərb nədənsə təəccüb doğurabiləcək inadla bir məqamı etiraf etmək istəmir: Rusiya və İran buqərarı NATO-nun Cənubi Qafqaz bölgəsində genişlənmək, təsirmexanizmləri və təzyiq rıçaqlarına yiyələnmək planı kimi qəbuledir.

Ermənistana gəldikdə isə, Nikol Paşinyan administrasiyasınır"EUMM genişlənir, mövqelərimiz güclənir" tipli bəyanatları daxiliauditoriyaya yönəlib və ermənilərdə ruh yüksəkliyi yartamağa xidmətedir.

Halbuki Avropa İttifaqının bilavasitə Fransanın tələbi ilə qəbuletdiyi bu qərar Ermənistanın təhlükəsizliyinin təminatını artırmaqəvəzinə, əhəmiyyətli dərcədə azaldacaq.

İrəvan və ermənilərin yeni "hami"ləri çox sadə həqiqətianlamırlar: hərgah Bakının qarşısında eskalasiya və irimiqyaslıhərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, Avropa İttifaqınınEUMM missiyasmı ciddi maneə ola bilməz.

Ermənistanın XİN başçısı Ararat Mirzoyanın son çıxışlarındanbirində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğuqədər ona yaxın olmaq istəyir” yanaşması isə primitivdir.

Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonrason dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır.Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündəoranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sonaqədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-ın ən yaxşıdostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaqlazımdır - o, Gürcüstan həbsxanasındadır”, - bu sözləri ermənipolitoloq Vahe Ovannisyan deyib.

Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və sononilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətlihədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşıöyrənib:

“Məsələn, əgər Bakıya Qarabağı sakit şəkildə nəzarətə götürəbilmək üçün Ermənistanla sərhəddə nisbi sabitlik lazımdırsa, ozaman bu sakitliyi qoruyacaq. Bunun əksinə olaraq, həm Ermənistanhökuməti, həm də onun müxalifləri situasiya qərarları ilə yaşayırvəlar və ümumiyyətlə onlara nə lazım olduğunu bilmirlər. Ermənistanbir tərəfdən “3+2” formatına (Azərbaycan, Ermənistan və Rusiya,İran, Türkiyə) razıdır, digər tərəfdən də isə danışıqlar üçünAvropa platformasında israr edir və AB missiyasını genişləndirir.Bu formatda olan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıqedib və üçüncü qüvvələri regional məsələlərə cəlb etməməyəçağırıblar, lakin İrəvan inadla iki antaqonist, bir-birini inkaredən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkəninrəhbərliyinə ciddi yanaşmaq olmaz”.

Ermənistanda Ovannisyan kimi düşünənlər hakimiyyətdəolmadığından, İrəvanın marazmatik xarici siyasəti və "hami"lərinəgüvənməsi erməniləri yeni fəlakətlərlə üzləşdirə bilər. Dahadoğrusu, belə ehtimal zaman keçdikcə daha da güclənir.

Nikol Paşinyan iqtidarının hazırda ən ciddi, ən təhlükəli səhviErmənistanı regiondakı geosiyasi güclər arasındakı qarşıdurmaməkanına çevirməkdir. Məhz rəsmi İrəvanın yanlış siyasətinəticəsində ABŞ, Fransa və Avropa İttifaqından ibarət Qərbdüşərgəsi Rusiya və İran tandemi ilə Ermənistanda üzləşiblər.

Ermənistan indi Qərbin əlində alətdir.

Hər alətin isə istifadə müddəti var: müddət bitəndə, gərəksizəşya sayılara bir kənara atılır...

Избранный
418
50
az.trend.az

10Источники