Bakı, 14 iyul, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Serbiyada təlim-məşq toplanışı keçəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.
Qurum rəsmisi bildirib ki, yığma iyulun 26-da Sumqayıtda start götrüləcək Dünya Seriyasına Novi Sad şəhərində hazırlaşacaq.
Raşa Deliçin rəhbərlik etdiyi kollektivin yoxlama oyunlarındakı rəqibləri hələlik bəlli deyil.