Xalq artisti Afaq Bəşirqızı yeni açıqlamaları ilə gündəmə gəlib.
Mentalitetdən danışan aktrisa qızların geyimlərini və görünüşlərini sərt tənqid edib:
"Bir tamaşam var: orada deyirəm, dayanan kimdir? Cavab verirlər, filankəs. Deyirəm ki, nə arvadlığını, nə kişiliyini görürəm. İndi bizim 99 faizimiz elədir. Niyə? Çünki qətiyyət, zəhm, möhkəm qeyrət və tədbir bizdə yoxdur".