RU

İlk köç karvanı Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə çatıb: 28 ailəyə evlərinin açarları təqdim olunub (FOTO)

Xocalı. Trend:

Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatanailələrə yeni evlərinin açarları təqdim olunub.

Trend-in yerlimüxbiri xəbər verir ki, 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburiköçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı iləqayıdanlar respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Təzəbinə kəndindəkeçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şəraityaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli suvə yüksək sürətli internet xətti ilə təmin edilib. E. Yusubovunsözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi dədiqqət mərkəzindədir. Köç prosesi mərhələli şəkildə davamedəcək.

Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina vəpartlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumatverilib.

Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı iləəhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onlarınailələrinə səbir diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50mindən çox insan yaşayır.

İlk
İlk
İlk
İlk
İlk
Məqalədə:
Избранный
52
8
az.trend.az

9Источники