RU

Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb I FOTO

İyulun 14-də səhər saatlarında Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı doğma yurda çatıb.



Xocalı rayonunun Təzəbinə kəndinə ilk mərhələdə 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.



Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

AzVision.az

Избранный
25
2
azvision.az

10Источники