RU

Çoxmənzilli binalarda mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdiriləcək

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İstilik təchizatı haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, bu halları Nazirlər Kabineti doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda fərmana əsasən, NK doqquz ay müddətində şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Избранный
9
4
apa.az

5Источники