Suriyanın Süveyda bölgəsində İsrailin dəstəklədiyi druz qüvvələri ilə bədəvi ərəb qəbilələri arasında şiddətli döyüş gedir.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlətə məxsus Xəbər Kanalına Suriya Müdafiə Nazirliyi açıqlma verərək, faktı təsdiqləyib.
Bildirilib ki, əraziyə əlavə ordu və polis gücləri yola salınıb: "Təəssüf ki, druz silahlıları hərbçilərə hücum çəkərək, 6 əsgərimizi öldürüblər, yaralılarımız var".
Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba isə yerli mətbuata açıqlamasında deyib ki, onlar Sueyda əhalisinin kömək çağırışlarına cavab verirlər: "Biz eyni zamanda, bölgədəki nüfuzlu şəxslərlə, əçirət liderlər ilə koordinasiya halındayıq. Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən bölgədə əlavə təhlükəsizlik tədbirləri görüləcək, bölgəyə yeni qüvvələr yerləşdiriləcək. Burada məqsəd dövlətin hakimiyyətini və qanunun aliliyini bərqərar etmək və qeyri-qanuni silahlı birləşmələri tərksilah etməkdir".
Tahir Şəlvəli
MİA.AZ