RU

Tramp Ukraynaya silahları Avropanın hesabına verir

ABŞ prezidenti Donald Tramp Ukraynaya silah tədarükünü davam etdirməyi planlaşdırır, lakin bu dəfə bunun əsas yükünü Avropa ölkələrinin üzərinə qoymaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, Almaniyanın nüfuzlu Bild nəşri mövzu ilə bağlı hərbi məsələlər üzrə ekspert Niko Lanqenin fikirlərinə yer verib. Ekspertin sözlərinə görə, Tramp hazırda Kiyevə o silahları göndərir ki, bunlar hələ Cozef Baydenin dövründə vəd olunmuşdu, lakin indi həmin tədarük Avropa ölkələrinin maliyyə dəstəyi hesabına baş verir.

“Bu, əslində geri addımdır. Tramp Ukraynaya yardımı davam etdirir, amma bu dəfə hesabı Avropa ödəyir”, – deyə Lanqe bildirib.

Natiq Səlim,
KONKRET.az

Избранный
17
konkret.az

1Источники