Paris. Trend:
Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsininqorunması və təbliği işinə sadiqliyini qətiyyətlə nümayişetdirib.
Trend-inməlumatına görə, bunu UNESCO-nun Dünya İrs Mərkəzinin direktoruLazar Elundu Assomo İçərişəhərin UNESCO-nun Ümumdünya İrsSiyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdədeyib. Tədbir UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasıçərçivəsində keçirilib.
“Düşünürəm ki, hələ Bakıda olmayanlar bu möhtəşəm şəhəri mütləqgörməlidir. Bakı xüsusilə çoxəsrlik mədəni mübadilənin, memarlıqyeniliklərinin və davamlı şəhər inkişafının şahididir,” – deyəAssomo bildirib.
Onun sözlərinə görə, şəhərin qədim görünüşü, incə memarlıqüslubunda inşa edilmiş sarayları və Qız qalası əsrlər boyusivilizasiyaların qovşağı olmuş bu şəhərin zənginliyini əksetdirir.
“Səfərim zamanı aparılan bərpa işlərinin şahidi oldum.Beynəlxalq ictimaiyyətlə əməkdaşlıq və yerli əhalinin iştirakısayəsində İçərişəhər təkcə qorunan ərazi deyil, həm də oradayaşayan insanlar üçün canlı və aktual məkan olaraq qalır,” – deyəMərkəzin direktoru vurğulayıb.
Assomo əlavə edib ki, UNESCO və onun Dünya İrs MərkəziAzərbaycanın İçərişəhər və digər mədəni irs obyektlərinin qorunmasıişində etibarlı tərəfdaşı olaraq qalır.
“Biz bir sıra obyektləri onların qorunması və tarixi kontekstdəsaxlanması baxımından araşdırmışıq. Keçmiş nailiyyətlər üzərindədüşünərkən, gələcəyə də baxmalıyıq. İnsanlar getdikcə daha yaradıcıolur və biz daha dayanıqlı cəmiyyətin qurulması naminə mədənifəaliyyətimizi davam etdirməliyik,” – deyə Assomo qeyd edib.
Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.