RU

Goranboyda piyadanı vuran sürücü Gəncədə sükan arxasında ölüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərinə aparılıb.

Lakin hadisənin qeyri-adi məqamı odur ki, yaralını xəstəxanaya aparan sürücü yolda qəfildən halı pisləşərək Gəncə şəhərində sükan arxasında ölüb. Ağır xəsarət alan piyada da xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Избранный
24
6
apa.az

10Источники