RU

Mahir Emreli "Kayzerslautern"in heyətindən çıxarılıb? - zədədən sonra başverənlər...

Mahir Emrelinin "Kayzerslautern"in heyətində "Notts Kaunti"yə qarşı keçirilən yoxlama matçında (4:0) zədələndiyini xəbər vermişdik. Təbii ki, belədə həmyerlimizin komandasının Cənubi Tirolun Sterzin-Ratşinq bölgəsində baş tutacaq təlim-məşq toplanışına qatılıb-qatılmayacağı maraq doğurur.

"Football-plus.az" bu məsələni araşdırıb. Məlum olub ki, 28 yaşlı hücumçu bu gün səhər saatlarında komanda ilə birgə Cənubi Tirola yollanıb. Onun adı təlim-məşq toplanışı üçün hazırlanan 27 futbolçudan ibarət siyahıda yer alıb.

Xatırladaq ki, "qırmızı iblislər" növbəti yoxlama matçını iyulun 19-da İtaliyanın "Cenoa"sı ilə keçirəcək. Matç Moena şəhərindəki "Kampo Sportivo Karlo Benatti" stadionunda keçiriləcək. Mahirin həmin günə qədər tam bərpa olacağı gözlənilir.

KƏNAN BAHADIR

Избранный
40
football-plus.az

1Источники