RU

Səfir: FETÖ məhv olunanadək Türkiyə mübarizəyə davam edəcək

Bu gün milli birlik gününün 9-cu ili qeyd edilir.

Sitat.info xəbər verir ki, bu münasibətlə Bakıda Türkiyə səfirliyində "15 İyul - Demokratiya və Milli Birlik Günü" münasibətilə keçirilən anım tədbiri keçirilib. Anım mərasimində dövlət qurumlarının rəsmiləri, deputatlar, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.  

Tədbirdə danışan səfir Birol Akgün  bildirib ki, bu gün milli birliyə qarşı edilən xain hücumun yaşandığı gündür.

"Bu fədakar türk millətinin günüdür. Zəfərin adı Türkiyədir. Prezident Ərdoğanın liderliyi ilə bu günü minnətdarlıqla xatırlayırıq. Xain hücumun ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək ölkəmizə olan güclü dəstəkdir, bunu sizlərə xatırlatmaq istəyirəm", - o vurğulayıb.

Səfir əlavə edib ki, Türkiyə 9 il ərzində FETÖ terror təşkilatı ilə mübarizə aparıb: "Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam ediləcək".

Tədbirdə 9 il öncə qardaş ölkədə baş verənlərlə bağlı filmin təqdim edilib.

Избранный
70
4
sitat.info

5Источники