RU

Tramp Avropa İttifaqı ilə tarif danışıqlarına açıq olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Aİ ölkələrindən gələn mallara 30 faizlik rüsum tətbiqi ilə bağlı bəyanatlarına baxmayaraq, təşkilatla ticarət sazişini müzakirə etməyə hazır olduğunu bildirib.

Məlumatı “İnterfaks.ru” verib. 

“Biz həmişə danışıqlara açığıq. Danışıqlara, o cümlədən Avropa ilə dialoqa açığıq. Üstəlik, onlar bura gəlirlər: danışmaq istəyirlər”, - deyə o, ticarət rüsumlarından danışıb.

Qeyd edək ki, ötən həftənin sonunda ABŞ prezidenti elan edib ki, avqustun 1-dən “Aİ ilə ticarət kəsirimizi aradan qaldırmaq” üçün üzv ölkələrdən gələn mallara 30 faiz rüsum tətbiq ediləcək. Brüssel də, öz növbəsində bəyan edib ki, Vaşinqtonla bu tariflərdən yayınmağa imkan verəcək ticarət sazişini müzakirə etməyə hazırdır. 

Eyni zamanda, Aİ Trampın avqust ayında yeni tariflər tətbiq edəcəyi təqdirdə əks tədbirlər hazırlamağa davam etmək niyyətindədir.

P.ƏMİRCANOV
XQ

Избранный
41
xalqqazeti.az

1Источники