Azərbaycan-Türkiyə qardaşlıq və dostluq əlaqələri zirvədədir. Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Əhliman Əmiraslanov Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
"Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri münasibətlərin genişmiqyaslı inkişafına imkan yaradır. 44 günlük Vətən müharibəsində başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyə Azərbaycanın yanında olub", - deyə o bildirib.
Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi Türkiyə ilə strateji müttəfiqliyimizi bütün dünyaya bəyan edib: "İki ölkənin parlamentləri arasında genişmiqyaslı əlaqələr mövcuddur. Çalışırıq ki, qanunvericilik aktlarını bir-birinə uyğunlaşdıraq”.
Əhliman Əmiraslanov onu da vurğulayıb ki, son günlər Türkiyədə terrorçuların tərk-silah olunması bütün Türk dünyasında əhəmiyyət kəsb edən hadisədir. “Türkiyədə və ondan kənarda terrorun bitməsini istəməyən qüvvələrin olmasına baxmayaraq, bu prosesin uğurla başa çatacağına əminəm”, - deyə o qeyd edib.
ZÜMRÜD