RU

Dəri xərçənginə qarşı Həyat Qurtaran 7 Mühüm Qayda

Dəri

Dəri xərçəngi, günəşdən qorunma və erkən diaqnoz vasitəsilə qarşısı alınabilən bir təhlükədir. Mütəxəssislər UV şüalarının səbəb olduğu dəri xərçəngi hallarının dünyada sürətlə artdığını vurğulayırlar.Elmi araşdırmalar və dermatoloqların tövsiyələri, sadə amma effektiv üsullarla dərini qorumağın yollarını ortaya qoyur.Dəri xərçəngi, dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir və xəbərdarlıq davam edir.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 3 milyon insan dəri xərçənginə tutulur və bu hallarının 80%-i ultrabənövşəyi (UV) şüalara məruz qalmaqla əlaqəlidir. Lakin mütəxəssislər düzgün qorunma üsulları və erkən diaqnozla bu xəstəliyin böyük ölçüdə qarşısı alına biləcəyini qeyd edir.Elmi tədqiqatlar göstərir ki, günəşdən qorunma vərdişləri dəri xərçəngi riskini 50%-ə qədər azalda bilər.UV ŞÜALARIN GÖRÜNMƏZ TƏHLÜKƏSİGünəşin zərərli UV şüaları dəridə DNA zədələnməsinə səbəb olur və dəri xərçəngi riskini artırır. Xüsusilə UVA və UVB şüaları dəridə mutasiyalara yol açaraq, melanom kimi aqressiv xərçəng növlərinin yaranmasına zəmin yaradır.Journal of Clinical Oncology-də dərc edilmiş bir araşdırma, müntəzəm günəş kremi istifadə edən insanlarda melanom riskinin 50%-ə qədər azaldığını göstərib. The Lancet Oncology-də yayımlanan başqa bir tədqiqat isə həftədə 10 saatdan çox günəş işığına məruz qalanlarda melanom riskinin 40% artdığını sübut edib.Avstraliyalı dermatoloq Prof. Dr. Pablo Fernandez-Penas bildirir ki, “Bir dəfə ciddi günəş yanıqları belə melanom riskini daimi artırır. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə alınan UV zədəsi böyüklükdə dəri xərçəngi riskini 80% artırır.” Buna görə də, günəşdən qorunma vərdişlərinin erkən yaşda qazandırılması çox önəmlidir.MÜTƏXƏSSİSLƏRDƏN HƏYAT QURTARAN TÖVSİYƏLƏRDəri xərçəngindən qorunmaq üçün mütəxəssislər dörd əsas strategiyanı tövsiyə edir: geniş spektrli günəş kremi istifadəsi, qoruyucu geyimlər, UV filtrləri olan günəş eynəkləri və kölgədə qalma vərdişləri.Journal of the American Academy of Dermatology-də yayımlanan bir araşdırma göstərib ki, SPF 30 və ya daha yüksək günəş kremlərinin müntəzəm istifadəsi dəri xərçəngi riskini 40% azaldır və erkən yaşlanmanı 25% önləyir.ABŞ-dakı Mayo Clinic-in dermatoloqu Dr. Dawn Davis deyir: “Günəş kremi dərimizin birinci müdafiə xəttidir. Amma yalnız günəş kremi yetərli deyil. Qoruyucu geyimlər və kölgədə qalmaq UV şüalarına qarşı ən təsirli maneələrdir.”Geniş Spektrli Günəş Kremi İstifadəsi: Mütəxəssislər həm UVA, həm də UVB şüalarına qarşı qoruyan, ən az SPF 30 olan günəş kremlərinin hər iki saata bir təzələnməsini tövsiyə edir. Dodaqlar üçün SPF tərkibli balzam istifadəsi də unudulmamalıdır.Qoruyucu Geyimlər və Aksesuarlar: Geniş kənarlı papaqlar, uzunqol paltarlar və UPF 50+ parçalar UV şüalarının 98%-ni bloklayır. Avstraliyalı dermatoloq Dr. Natasha Cook bildirir ki, “Xüsusilə uşaqlar və açıq dəri rəngli insanlar UV şüalarına daha həssasdır. Qoruyucu geyimlər günəş kreminin təsirini tamamlayır.”Kölgədə Qalma: Günəş şüalarının ən güclü olduğu 10:00-16:00 saatları arasında birbaşa günəş işığından uzaq durmaq lazımdır. Buludlu havalarda belə UV şüalarının 80%-i dərimizə çatır.Solaryumdan Qaçınma: İngiltərənin King’s College London-dan Prof. Dr. Chris Bunker xəbərdarlıq edir: “Solaryum təbii günəş işığından daha intensiv UVA şüaları yayır və 35 yaşından əvvəl müntəzəm istifadə dəri xərçəngi riskini iki dəfə artırır.” ÜST solaryumu “karsinojen” olaraq təsnif edir.ERKƏN DİAQNOZ HƏYAT QURTARIRDəri xərçəngi erkən diaqnoz qoyulduqda müalicə uğur nisbəti 90%-dən yüksək olur. Amerika Dermatologiya Akademiyası dəridə yeni ləkə, bənzərsiz forma və rəng dəyişiklikləri, qaşınma və ya qanama kimi simptomlar görünəndə dərhal dermatoloqa müraciət etməyi tövsiyə edir.Londondakı bir xəstəxanada istifadə edilən süni intellekt dəstəklı dəri xərçəngi skrininq texnologiyası lezyonları saniyələr içində analiz edir və erkən diaqnoza imkan verir. Layihənin rəhbəri dermatoloq Dr. Sarah Walsh bildirir ki, “Süni intellekt erkən diaqnozda inqilab yaradacaq. Neçə erkən aşkar etsək, müalicə şansı o qədər yüksək olar.”Ulusum.az

Diqqət Çəkənlər

Yayda Arıqlamaq Asandır: Xiyarla Gözəlliyə Doğru

Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi

Kaliforniyada 6,7 bal gücündə zəlzələ təhlükəsi: "yatan" Concord qırığı oyanır

Избранный
158
17
ulusum.az

10Источники