RU

OPEC iyunda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 464 min barel səviyyəsində olub, bu da may ayının göstəricisi ilə müqayisədə 1 min barel azdır.

Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Bildirilir ki, bu ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 463 min barel səviyyəsində olub, bu da ilin birinci rübününün göstəricisi (467 min barel) ilə müqaisədə 4 min barel azdır.

Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan bu ilin iyun ayında "OPEC+" çərçivəsində kvotadan 87 min barel geridə qalıb.

Избранный
108
17
apa.az

10Источники