RU

Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi

Bakı. Trend:

Ziraat Bank Azərbaycan 2025-ci ilin ikinci rübünü güclü maliyyəgöstəriciləri ilə başa vurub. Bankın aktivləri ötən ilin analojıdövrü ilə müqayisədə 38.2 % artım nümayiş etdirib. Bununla da,Bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə1 milyard manat həddini keçib. Bu göstərici Bankın bazardakımövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və stratejiböyüməsinin bariz nümunəsidir.

Real sektorun inkişafını daim dəstəkləyən Bankın bizneskreditləri portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 44%artaraq 576 milyon manatı keçib. Bu artım, Ziraat Bank Azərbaycanınölkə iqtisadiyyatına verdiyi töhfənin davamlı xarakter daşıdığınıgöstərir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən Bankınümumi kredit portfeli 18.1 % artaraq 625.6 milyon manata çatıb.

Bankın depozit portfelində (banklar istisna olmaqla) də artımmüşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədəZiraat Bank Azərbaycanın depozit portfeli 27.6% artaraq 738 milyonmanatı keçib. Bu da müştəri etibarının artmasının əsasgöstəricilərindən biridir.

Bankın kapitalı da artmaqda davam edir. İlin əvvəlindən etibarənZiraat Bank Azərbaycanın kapitalı 8.1% yüksələrək 144 milyon manatıkeçib. 2025-ci ilin ikinci rübündə Bankın əməliyyat mənfəəti 15.9milyon manat, xalis mənfəəti isə 10.1 milyon manat təşkil edib.

Bu göstəricilər, Ziraat Bank Azərbaycanın maliyyə dayanıqlığınınvə böyümə potensialının güclü olduğunu təsdiqləyir.

Ziraat Bank Azərbaycan ASC, Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmətgöstərən Bank, hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filial və Quba şəhərində yerləşən 1 şöbəilə, həmçinin rəqəmsal platformalar üzərindən müştərilərə xidməttəqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınBankın Instagram, X-platforması, Linkedin, YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Избранный
69
7
az.trend.az

8Источники