"Qarabağ" daha iki futbolçusunu "Şamaxı"ya birillik icarəyə verməyə razılaşıb.
Demokrat.az "Sportinfo"ya istinadən xəbər verir ki, Amin Rzayev və Davud Məsimov gələn mövsümü "şirlər"in düşərgəsində keçirəcəklər.
Onlar Qurban Qurbanovun diqqət mərkəzində olan gənclərdir. Amin Avstriya toplanışına aparılıbsa, Davud zədə səbəbindən qafilədən kənarda qalıb.
Ağdam təmsilçisi daha öncə Nihat Mehrəliyevi "Şamaxı"ya göndərib. Ötən mövsüm Əvəzedicilər Liqasında çıxış etmiş forvard təsadüfən Ayxan Abbasovun diqqətini çəkməyib.
"Şamaxı" ilə paralel olaraq U-21 yığmasını çalışdıran mütəxəssis onu milliyə də cəlb edib. Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.
Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub. "Qarabağ" gənc oyunçuları bir şərtlə əyalət təmsilçisinin düşərgəsinə göndərib. Belə ki, şirvanlılar onları rəsmi oyunların ən azı 50 faizində meydana buraxmalıdırlar.
10Источники
-
idman.bizFərid Namazov: "Hazırda U-19-dan əsas komandaya keçid real görünmür" ( 19500296)
-
idman.bizVəli Qasımov: "Əvvəllər uşaqları çətinliklə yığırdıq, indi isə..." ( 19424330)
-
idman.bizZümrüd Ağayeva: "2025/2026 mövsümündə Azərbaycanda yarışlar 4 liqa üzrə keçiriləcək" ( 19424015)
-
idman.bizAzər Həşimov: "Növbəti mövsümdə hədəfimiz orta pillələrdə qərarlaşmaqdır" ( 19393192)
-
idman.bizMilli komandanın baş məşqçisi: "Klubda daha çox məyus futbolçularla işləmək lazım gəlir" ( 19335442)
-
demokrat.az"Qarabağ" iki futbolçusunu icarəyə göndərdi ( 19306762)
-
teleqraf.com"Hədəfimiz seçmə mərhələdə yaxşı nəticələr qazanmaqdır" - Rüfət Abbasov ( 19240174)
-
idman.bizKamal Bayramov: " Şərtlərdə razılaşa bilmədik, bu qərarı verdik" ( 19235743)
-
idman.biz"Karvan"ın yeni transferi: "Onların dəstəyi bizə vacibdir" ( 19195831)
-
hit.azVaqif Cavadov daha bir il "Sumqayıt"da baş məşqçi olacaq ( 19154212)