Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Rəsulzadə qəsəbəsində "Zəngəzur" restoranı yaxınlığında evdə yanğın olub.
Hadisə şahidlərinin sözlərinə görə, yanan ev ərazidə falçılıqla məşğul olan şəxsə məxsusdur.
Fövqəladə Hallarv Nazirliyindən Far.Az-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi yanğınsöndürənlər əraziyə cəlb edilib. Yanğının ətraf evlərə yayılmasının qarşısı alınıb və söndürülüb.
Faktla bağlı araşdırma aparılır.