Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri”nin Şuşa mərhələsinin keçirilmə tarixi dəyişdirilib.
OLAY yazır ki, əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, tədbir 22–23 iyul 2025-ci il tarixlərində baş tutacaq.
Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.