"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam edir.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin yoxlama matçında növbəti rəqibi "Zaltsburq" olub. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunun müəllifi Nəriman Axundzadə olub.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 23-də "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə səfərdə görüşəcək.