Bakı. Trend:
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VaqifPoeziya Günlərinin Şuşa mərhələsinin tarixi dəyişdirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, əvvəlcədən elan edilmiştarixdən fərqli olaraq, tədbir iyulun 22–23-də keçiriləcək.
Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədiitədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmışşəkildə davam edəcək.