RU

Trampın qərarı avtomobil bazarına necə təsir göstərəcək?

Donald Trampın Avropadan idxal ediləcək məhsullara 30 faizlik rüsum tətbiqi ilə bağlı qərarı avqustun birində qüvvəyə minir. Artıq Avropa İttifaqı məsələ ilə bağlı rəsmi şəkildə məlumatlandılrılıb. Qərarın ittifaqda bir çox sahəyə təsir edəcəyi gözlənilir. Yeni rüsumlar ticarət dövriyyəsini 72 milyard avro azalda bilər.   

Avtosfer.az xəbər verir ki, yeni qərardan Avropa avtomobil sənayesi də ciddi zərər çəkəcək. Avropa İttifaqı hər il ABŞ-yə 750 minədək avtomobil ixrac edir. Ötən il okeanın o tayına göndərilən avtomobillərin ümumi dəyəri 40 milyard dollara yaxın olub.
Ekspertlərin fikrincə yeni qərardan ən çox alman brendləri – “Audi”, “Porsche”, “Mercedes” BMW zərər görəcək. bu şirkətlər premium modellərinin böyük əksəriyyətini məhz ABŞ bazarında reallaşdırır.
Avqustun 1-dək razılıq əldə edilməyəcəyi təqdirdə bir çox şirkət istehsalı ABŞ-yə köçürə bilər. Prezident Donald Trampın marağında olan da məhz budur.  
İstehsalı ABŞ-də yerləşən, yaxud başqa ölkədə ABŞ hüququ əsasında fəaliyyət göstərən istehsalçılar isə yeni qərardan yalnız mənfəət əldə edəcək.

 

Vüqar

Избранный
37
avtosfer.az

1Источники