RU

Rusiya İctimai Palatası 10 illik məktəb sisteminə qayıtmağı təklif edib

...Hazırda bir mütəxəssis məktəbdə 11 il, bakalavr pilləsində dörd il, magistraturada isə iki il təhsil alır.

...Rıbalçenko vurğulayıb ki, ölkədə təhsil prosesi keyfiyyəti itirmədən 15 ilə qədər qısaldıla bilər.

Rusiya Federasiyası İctimai Palatasının demoqrafiya, ailənin, uşaqların və ənənəvi ailə dəyərlərinin qorunması üzrə komissiyasının rəhbəri Sergey Rıbalçenko məktəbdə 10 illik təhsil sisteminə qayıtmağı təklif edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında nikah və uşaq doğurma yaşının artırılması hazırda sosial yetkinlik dövrünün artması ilə bağlıdır.

Rıbalçenkonun fikrincə, 8 illik və 10 illik məktəb təhsili sisteminə qayıtmaq, eləcə də universitetdə təhsil müddətinin azaldılması ilk uşağın doğulmasının orta yaş həddinin azalmasına kömək edərdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, komissiyanın rəhbəri izah edib ki, hazırda mütəxəssis məktəbdə 11 il, bakalavr pilləsində 4, magistraturada isə iki il təhsil alır.

Belə ki, vətəndaş 17 il oxuyur. Gənc mütəxəssis üçün uyğunlaşma müddəti orta hesabla üç ildir. Nəticədə gənc mütəxəssis yalnız 27 yaşında uşaq sahibi olmaq haqqında düşünməyə başlayır.

Rıbalçenko vurğulayıb ki, ölkədə təhsil prosesi keyfiyyəti itirmədən 15 ilə qədər qısaldıla bilər. Nəticədə insan iki il əvvəl yetkinliyə qədəm qoyacaq.

Nazlı Almuradova

Избранный
43
sia.az

1Источники