Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası son yoxlama oyununu keçirib.
Referans xəbər verir ki, rəqib yerli “Zaltsburq” kollektivi olub.
Görüş “Zaltsburq”un qələbəsi ilə yekunlaşıb – 2:1.
“Qarabağ”ın yeganə qolunu 42-ci dəqiqədə Nəriman Axundzadə vurub. “Zaltsburq”dan isə Sota Kitano 29-cu, Edmund Baydu 55-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Ukraynanın “Metallist 1925” komandasına 4:5 hesabı ilə uduzub. Niderland “Tvente”si ilə qarşılaşmaların birində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi digərində yenilib – 1:2. Ağdam komandası Bakıdakı yoxlama oyununda isə “Zirə”ni darmadağın edib – 4:0.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта