''Beşiktaş'' daha bir futbolçu ilə vidalaşıb. Bu yay artıq Onur Bulut, Artur Masuaku və Çiro İmmobile kimi futbolçularla vidalaşan İstanbul nəhəngi indi də Aleks Oksleyd-Çemberleyn ilə qarşılıqlı şəkildə anlaşaraq müqaviləni ləğv edib.
Bu xəbəri türkiyəli insayder Yağız Sabuncuoğlu paylaşıb. Onun iddiasına görə ''ağ-qaralar'' ingiltərəli futbolçuya müqavilənin ləğvi üçün 1,5 milyon avro ödəyiblər.
Qeyd edək ki, ''Beşiktaş'' İmmobileyə də 2,6 milyon avro təzminat ödəyərək onun müqaviləsini ləğv etmişdi. 31 yaşlı futbolçu 2023-cü ildə ''Liverpul''dan ayrılaraq azad agent statusunda ''Beşiktaş''a gəlmişdi.
Oksleyd-Çemberleyn Türkiyə karyerasında 50 rəsmi oyuna çıxaraq aktivinə 5 qol, 1 məhsuldar ötürmə yazdı və bir kubok, bir superkubok olmaqla iki titul qazandı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта