RU

KL: İkinci mərhələyə adlayacaq ilk komandanın adına Latviyada aydınlıq gələcək

Bu gün UEFA Konfrans Liqasında birinci təsnifat mərhələsində çərçivəsində də oyun olacaq.

Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşləri çərçivəsində 1 matç baş tutacaq.

İkinci mərhələyə adlayacaq ilk iştirakçının adına Latviyada aydınlıq gələcək. Yerli “Auda” Şimali İrlandiya “Larne”sini sınağa çəkəcək. Tərəflərin ilk duelində qalib müəyyənləşməyib. 

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edən "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə ikinci mərhələdən başlayacaq. Bakılılar Xorvatiyanın "Hayduk", naxçıvanlılar isə Yunanıstanın "Aris" komandası ilə qarşılaşacaq. İkinci mərhələyə bir həftə sonra start veriləcək.  

UEFA Konfrans Liqası 
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul

20:00. “Auda” (Latviya) - “Larne” (Şimali İrlandiya) 
İlk oyun: 0:0 

Избранный
40
50
fanat.az

10Источники