RU

Doğma kəndində maşın vurdu: ən yaşlı marafonçu 114 yaşında öldü

Dünyanın ən yaşlı marafonçusu olduğu güman edilən britaniyalı-hindistanlı Fauca Sinq 114 yaşında Hindistanda avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis bildirir ki, Sinq Pəncabda doğma kəndində yolu keçərkən naməlum avtomobil onu vurub. Yerli sakinlər onu xəstəxanaya çatdırıb və o, orada ölüb.

Qlobal ikon olan Sinq, xüsusən də 100-dən yuxarı yaşda marafon rekordları qırıb. O, 89 yaşında qaçmağa başlayıbvə 2000-ci ildən 2013-cü ilə qədər doqquz tam marafon adlayıb.

Избранный
34
publika.az

1Источники