RU

“Zirə” polşalı futbolçu ilə MARAQLANIR

"Zirə" heyətini polşalı futbolçu ilə gücləndirə bilər.

Bizim.Media xəbər verir ki, söhbət Patrik Lipskidən gedir.

Qəsəbə təmsilçisi hazırda azad agent statusuna malik 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Son olaraq Kiprdə “Etnikos” klubunun üzvü olmuş Lipskinin “Zirə”yə keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

O, karyerası ərzində “Rux”, “Lexiya”(Qdansk), “Piast”, “Vidzev” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
91
bizim.media

1Источники