RU

Vətəndaşlara banklarla bağlı MÜHÜM XƏBƏRDARLIQ: Bir bankda 100 min manatdan çox...

Müəyyən müddətdən bir müxtəlif bankların mənfəət və zərər göstəriciləri açıqlanır. Bu zaman adətən, həmin banklarla əməkdaşlıq edən vətəndaşlar bəzən təlaşa düşür. Bunun səbəbi isə onların bank sektorundan yetərincə məlumatlı olmamalarıdır.


Hansı hallarda vətəndaşlar bankla əməkdaşlığı dayandırmalıdır? Göstəriciləri necə olan banklar vətəndaşların və sahibkarların rahatlıqla əməkdaşlıq edəcəyi banklar ola bilər?


Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında bu sualları cavablandırıb. 




“Vətəndaşlar banklarla üç istiqamətdə əməkdaşlıq edir: 1) Banka əmanət yerləşdirir: 2) Bankdan kredit götürür: 3) Bankdan pul köçürməsi edir. Məlum məsələdir ki, bir nəfərin bir bankda 100 min manatadək olan milli valyuta ilə faiz dərəcəsi 12 faizi ötməyən, xarici valyutadadırsa, faiz dərəcəsi 2,5 faizi ötməyən vəsaiti sığortalıdır. Yəni bankın başına hansısa iş də gəlsə, Əmanətlərin Sığortalanması Fondu həmin bank bağlandığı gündən bir ay ərzində kompensasiya edəcək. Yəni bu vəsaiti qaytaracaq. Buna görə də vətəndaşlar banka əmanət qoyduqda çalışmalıdırlar ki, bir nəfərin adına 100 min manatdan çox vəsait olmasın. Belə olduğu halda sonradan bankın vəziyyəti ilə bağlı narahat olmağa ehtiyac qalmayacaq”.

 

Ekspert qeyd edib ki, banklarda sadəcə krediti olan şəxslərin isə ümumiyyətlə, bankın taleyi ilə bağlı narahat olmasına ehtiyac yoxdur. Çünki bank bağlansa belə həmin şəxs müqaviləyə əsasən, bütün qaydalar daxilində öz kreditini ödəməyə davam edəcək. Burada heç bir dəyişiklik ola bilməz.

 

“Bank vasitəsilə pul köçürmələri də eyni şəkildə birdəfəlik proseslərdir və bu proses vətəndaşla bankı bir-birinə bağlamır. Burada da bankın vəziyyəti ilə bağlı hansısa təhlükə vətəndaşa təsir etmir. Ümumən, bu nəticəyə gəlmək olar ki, maliyyə hesabatları, bankın mənfəət və zərər göstəriciləri narahat etməməlidir. Sadəcə bir bankda yuxarıda qeyd etdiyim faiz dərəcələri çərçivəsində 100 min manatdan çox məbləği bir bankda saxlamamağa diqqət göstərsələr, heç bir təhlükə ilə üzləşmək ehtimalları olmayacaq. Əməkdaşlıq etdikləri bankla bağlı proseslər müəyyən qədər sahibkarları, şirkətləri narahat edə bilər. Çünkionların banklarda saxladıqları vəsaitlər, adətən, yüklü məbləğlər olur. Onlarda da bu məsələlər ekspertlər, mühasiblər tərəfindən idarə olunduğuna görə, onlar belə hallarda çox da zərərə uğramırlar”.

 

Fidan Vəlisoy 

Избранный
31
referans.az

1Источники