RU

Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...


Əkrəm Həsənov: “Dolların dünyada güclənməsi manatın da möhkəmlənməsinə səbəb olur”

Son zamanlar dünya miqyasında qızıl, bitcoin, dollar və avronun qiymətlərində tez-tez aşağı-yuxarı dalğalanmalar baş verir. Ötən iki həftədə avro bahalaşma kursu götürsə də, dollar və qızılın ucuzlaşma tendensiyası özünü göstərdi.

Ancaq ABŞ Prezidenti Donald Tramp bu vəziyyəti dəyişdi. Belə ki, Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Bu fonda dollar digər əsas valyutalara qarşı möhkəmlənib. Belə ki, dollar indeksi 0,48 faiz artaraq 97,65 bəndə çatıb. Bu hal dolların dünya bazarlarında qiymətinin artmasına səbəb ola bilərmi? Maraqlıdır, proses Azərbaycan manatına necə təsir edəcək?

“Qarşıdakı müddətdə dollar mövqeyini bu cür saxlasa, Azərbaycan milli valyutası da möhkəmlənəcək”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dolların dünyada güclənməsi manatın da güclənməsinə səbəb olur. Bunun səbəbi odur ki, Azərbaycan manatı dollara bağlanıb. Məlumat üçün deyim ki, 2017-ci il 1 fevral tarixindən etibarən Azərbaycan manatının məzənnəsi dolların məzənnəsinə uyğun hesablanıb. Bu da dəyişməzdir. Dünyada dollar digər valyutalara nisbətdə bahalaşırsa milli valyutaya müsbət təsir edir. Bu yaxınlarda avro dollara nisbətdə bahalaşdı. Qarşıdakı müddətdə dollar mövqeyini bu cür saxlasa, Azərbaycan milli valyutası da möhkəmlənəcək. Ancaq onu da unutmaq lazım deyil ki, manatın valyutası sabitdir. Mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür. Belə ki, inzibati idarəetmə üsulu istifadə edilərək üzən məzənnə rejimi dollara qarşı tətbiq olunmur. İstənilən valyutalara qarşı manatın məzənnəsi sabit qalır. Makroiqtisadi vəziyyəti də nəzərə alsaq, manatın ucuzlaşması ilə bağlı hər hansı bir təhlükə yoxdur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dolların möhkəmlənməsi gözlənilirdi, çünki Yaponiya dünyanın böyük iqtisadiyyata sahib ölkələrindən biridir.

Günel CƏLİLOVA

Избранный
38
baki-xeber.com

1Источники