RU

Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub


Şamaxıda iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə“Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində media nümayəndələri üçün dini ibadətgahlara media-tur təşkil olunub.

Mediatur çərçivəsində iştirakçılar Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidini ziyarət ediblər. Daha sonra media mənsubları Şamaxı şəhər İmamzadə məscidi və Pirsaat Baba ziyarətgah-məscid kompleksinə baş çəkiblər.Media nümayəndələri dini abidələrin tarixi, məscidlərdə aparılan təmir-bərpa işləri haqqında ətraflı məlumatlandırılıblar.

Избранный
61
2
baki-xeber.com

3Источники