RU

Zelenski Denis Şmıhalı Ukraynanın müdafiə naziri postuna namizəd göstərib

Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıhalın ölkənin yeni müdafiə naziri təyin olunması ilə bağlı təqdimatı Ali Radaya göndərib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” dövlət başçısının axşam müraciətinə istinadən məlumat yayıb.

“Bu gün mən artıq Ukrayna Ali Radasına Denis Şmıhalın müdafiə naziri təyin olunması ilə bağlı sənədləri imzalamışam”, – deyə Zelenski bildirib.

Избранный
36
3
apa.az

4Источники