RU

Suriya keçid hökumətinin qüvvələri Əs-Süveyda şəhərindən çıxarılır

Suriya keçid hökumətinin Müdafiə Nazirliyinə tabe olan xüsusi təyinatlı birləşmələr ölkənin cənubundakı Əs-Süveyda şəhərindən geri çəkilməyə başlayıb.

APA xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalına Suriya hərbi qurumundakı mənbə məlumat verib.

“Qoşunlar atəşkəs razılaşmasına uyğun olaraq Əs-Süveydanı tərk edir. Şəhərə nəzarət polis qüvvələrinə veriləcək”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, hərbçilərin tam çıxarılması prosesi İsrailin son hücumları səbəbindən gecikir.

Избранный
15
1
apa.az

2Источники