Vaşinqton administrasiyası ABŞ-ın Mərkəzi Asiyanın bəzi ölkələri ilə ticarətini məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvi istiqamətində işləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə birinci müavini Maykl Riqas bəyan edib.
“Görünür, bu məsələni Dövlət Departamentinin diqqətinə çatdırmağın vaxtıdır”, – deyə o, ABŞ Konqresinin Senatındakı xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Riqas əlavə edib ki, Dövlət Departamenti bu məsələdə ABŞ qanunvericiləri ilə əməkdaşlıq etməyə hazırdır.