RU

Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edildi

Cavid

Azərbaycandan olan pop-MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb. Bu barədə Readovka Telegram kanalı məlumat yayıb.Məlumata görə, FSB əməkdaşı Rzayevi məlumatlandırıb ki, onun fəaliyyəti ölkədə siyasi və ictimai sabitliyə mənfi təsir göstərib, bu səbəbdən də vətəndaşlıq ləğv edilib.Qeyd edək ki, Rzayev döyüş zamanı rusiyalı rəqibi Artur Kulinskini “rus donuzu” adlandıraraq milli zəmində təhqir edib. Sonradan o, Kulinskidən üzr istəyib. Hadisədən sonra onun iştirak etdiyi promouşenin lisenziyası dayandırılsa da, sonradan bərpa olunub.2024-cü il iyulun 3-də Rusiya Boks Federasiyası bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Nəticədə, Rzayev federasiya tərəfindən ömürlük diskvalifikasiya edilib. Rzayevin hesabında 4 qələbə, 2 məğlubiyyət; Kulinskinin isə 4 qələbə və 6 məğlubiyyət var.Ulusum.az

Diqqət Çəkənlər

Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır

Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”

“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi

Избранный
40
ulusum.az

1Источники