RU

Suriyanın Əs-Suveyda vilayətində gedən döyüşlərdə 356 nəfər ölüb

Suriyanın Əs-Suveyda əyalətində keçid hökumətinin qüvvələri ilə druz icmasının özünümüdafiə bölmələri arasında baş vermiş silahlı toqquşmalarda azı 356 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu haqda "Sky News Arabia" məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında 55 mülki şəxs və 79 özünümüdafiəçi var. Sabitliyi bərpa etmək məqsədilə Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin xüsusi təyinatlıları arasında 189 nəfər, hökumətyönlü ərəb qəbilə qrupları arasında isə 18 milis itki verib.

Bundan əlavə, iyulun 16-da İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində daha 15 daxili təhlükəsizlik əməkdaşı həlak olub.

Избранный
75
operativmedia.az

1Источники