RU

İraqda dəhşətli faciə: Hipermarketdə yanğında 50 nəfər həlak oldu

İraqda

İraqın Vasit bölgəsindəki hipermarketlərdən birində baş verən yanğın nəticəsində 50 nəfər həyatını itirib. Bu barədə Al Sumaria məlumat yayıb. Faciə bu gün, 17 iyul tarixində baş verib. Bölgə qubernatorunun sözlərinə görə, həlak olanlar arasında uşaqlar da var.“Biz mühafəzəmizin çoxsaylı oğul və qızlarına başsağlığı veririk, çünki 50-yə yaxın kişi, qadın və uşaq – sizin oğul və qızlarınız – həyatını itirdi,” – deyə qubernator bildirib.Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb, ilkin nəticələrin 48 saat ərzində açıqlanacağı gözlənilir.Bölgədə faciə qurbanları ilə bağlı üç günlük matəm elan edilib.“Biz günahsız qurbanların ailələrinə söz veririk ki, bu hadisədə birbaşa və ya dolayı şəkildə əli olan heç kimə qarşı yumşaqlıq göstərilməyəcək. Bu, təsadüfi bir hadisə deyildi,” – deyə qubernator əlavə edib.Ulusum.az

Diqqət Çəkənlər

Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır

Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”

“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi

Избранный
51
ulusum.az

1Источники