Demokrat.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
Məlumatda qeyd olunub ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar da hazırlamalıdır.
Qurumdan əlavə edilib ki, istehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Belə ki, növbələrin bir-birini əvəz etməsi isə həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
“İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir”,- qurumdan bildirilib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin sön günlərə dair hava proqnozlarında istilərin şiddətləndiyi bildirilib. İyulun 13-də isə Azərbaycanın bəzi yerlərində temperatur 41 dərəcəyə çatıb.
10Источники
-
news24.azİşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək ( 19371649)
-
news24.azİstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ ( 19358527)
-
ekologiya.azİstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ ( 19361050)
-
gundem.azİstilər 41 dərəcəyə çatanda bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ ( 19360051)
-
demokrat.azTempratur 41 dərəcəyə çatanda işlər dayandırılacaq! — RƏSMİ ( 19358734)
-
referans.azİstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ ( 19358620)
-
cebheinfo.azİstilər 41 dərəcəyə çatanda bu yerlərdə işlər dayandırılmalıdır - RƏSMİ ( 19356934)
-
bizim.mediaİstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ ( 19356652)
-
gundem.azİşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək ( 19342315)
-
referans.azİşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək ( 19338238)